Prezident Dövlət Agentliyinə 16,4 milyon manat ayırdı
Daxili siyasət
- 10 sentyabr, 2020
- 08:23
Prezident İlham Əliyev Ağdaş rayonunun Qobuüstü–Yuxarı Nemətabad–Hacılar–Aşağı Nemətabad–Yenikənd–Qəribli avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
"Report" xəbər verir ki, sərəncamla altı min nəfər əhalinin yaşadığı 7 yaşayış məntəqəsini birləşdirən Qobuüstü–Yuxarı Nemətabad–Hacılar–Aşağı Nemətabad–Yenikənd–Qəribli avtomobil yolunun tikintisi məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”ndə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün göstərilmiş vəsaitin 16,4 milyon (on altı milyon dörd yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.
Son xəbərlər
09:40
Bakının iki rayonunda qaz olmayacaq
Energetika09:30
Daha bir qrup ukraynalı uşaq bu gün Azərbaycana gətiriləcək
Sosial müdafiə09:28
ABŞ-dən olan basketbolçu Qeylen Smit Azərbaycan klubuna qayıdıb
Komanda09:22
Bərdədə minik avtomobili eşşək arabasına çırpılıb, ölən var
Hadisə09:05
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (28.09.2026)
Maliyyə09:04
"Aqrar sahədə güzəşt tətbiq ediləcək texnikaların Siyahısı" genişləndirilib
ASK09:00
UEFA Millətlər Liqası: Türkiyə yığması bu gün İtaliya ilə üz-üzə gələcək
Futbol08:57
Çin və ABŞ Amerika kömürünün idxal şərtləri barədə razılığa gəliblər
Digər ölkələr08:42