Polis Akademiyasında antiterror əməliyyatlarının ikinci ildönümü yad edilib

Daxili siyasət
  • 19 sentyabr, 2025
  • 15:40
Polis Akademiyasında antiterror əməliyyatlarının ikinci ildönümü yad edilib

Daxili İşlər Nazirliyinin (DİN) Polis Akademiyasında antiterror əməliyyatlarının tarixinə dair tədbirlər - dərs, mühazirə təşkil olunub.

Bu barədə "Report"a DİN-dən məlumat verilib.

Bildirilib ki, "Suverenliyin bərpası – antiterror qəhrəmanlığı" mövzusunda keçirilən tədbirdə akademiyanın kursantları və nazirliyin əməkdaşları iştirak ediblər.

Mühazirə zamanı onlara antiterror əməliyyatlarında şəhid olan polislər və hərbi qulluqçular haqqında məlumat verilib.

44 - Tezliklə