Parlament seçkilərinin keçirilməsi üçün ayrılan vəsaitin həcmi açıqlanıb

Daxili siyasət
  • 23 oktyabr, 2019
  • 08:08
Parlament seçkilərinin keçirilməsi üçün ayrılan vəsaitin həcmi açıqlanıb

Azərbaycanda 2020-ci ildə Milli Məclisə seçkilərin keçirilməsi üçün ayrılacaq vəsaitin həcmi açıqlanıb.

“Report”un xəbərinə görə, 2020-ci il dövlət büdcəsinin zərfində qeyd olunub ki, seçkilərin keçirilməsi üçün Mərkəzi Seçki Komissiyasına 51 milyon 385 min 874 manat vəsaitin ayrılması nəzərdə tutulub.

Xatırladaq ki, sonuncu dəfə Milli Məclisə seçkilər 2015-ci ildə keçirilib.