Parlament seçkilərində seçiciyə müvafiq DSK tərəfindən qeydiyyatdan çıxma vəsiqəsinin verilməsinə başlanılıb

Daxili siyasət
  • 26 dekabr, 2019
  • 05:35
Parlament seçkilərində seçiciyə müvafiq DSK tərəfindən qeydiyyatdan çıxma vəsiqəsinin verilməsinə başlanılıb

Bu gündən Milli Məclisə keçiriləcək seçkilərdə seçiciyə müvafiq dairə seçki komissiyası tərəfindən qeydiyyatdan çıxma (səsvermə) vəsiqəsinin verilməsinə başlanılıb.

"Report" xəbər verir ki, “Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı”na əsasən, seçiciyə müvafiq dairə seçki komissiyası tərəfindən qeydiyyatdan çıxma (səsvermə) vəsiqəsinin verilməsi 2019-cu ilin dekabrın 26-dan başlayıb. 

Vəsiqələrin verilməsi 2020-ci il yanvarın 15-dək davam edəcək.

Qeyd edək ki, seçiciyə müvafiq dairə seçki komissiyası tərəfindən qeydiyyatdan çıxma (səsvermə) vəsiqəsinin verilməsi səsvermə gününə 45–25 gün qalanadək başlanılmalıdır.

Xatırladaq ki, Azərbaycanda növbədənkənar parlament seçkiləri 2020-ci il fevralın 9-da keçiriləcək. 

44 - Tezliklə