Oqtay Əsədov: “Əgər həmin maddə tətbiq olunsa, Avropa Şurasında qalıb-qalmayacağımızı müzakirə edəcəyik”

Daxili siyasət
  • 20 oktyabr, 2017
  • 08:23
Oqtay Əsədov: “Əgər həmin maddə tətbiq olunsa, Avropa Şurasında qalıb-qalmayacağımızı müzakirə edəcəyik”
Milli Məclisin sədri Oqtay Əsədov

akı. 20 oktyabr. REPORT.AZ/ “Avropa Şurası Parlament Assambleyasının sessiyasında Azərbaycan əleyhinə qətnanməyə Ukraynanın hakim partiyasından olan deputatlar səs verməsə də, bitərəf qalıblar. Bu da, məncə, doğru addım deyil”.

“Report”un xəbərinə görə, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin sədri Oqtay Əsədov bildirib. 

O deyib ki, Avropa Məhkəməsinin 10 mindən yuxarı qərarı icra olunmur: “Amma Azərbaycan bütün bu qərarları yerinə yetirir, cərimələri ödəyir. Elə bil, sanki, lotereya oynayırlar, o qədər ölkədən Azərbaycanı hədəf seçirlər. Azərbaycana qarşı məlum maddənin tətbiq edilməsi qərəzli olar. Bu baş verərsə, bizim Avropa Şurasında qalıb-qalmayacağımız müzakirə olunacaq”.

44 filmi