Novruz Məmmədovun sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirilib
- 19 oktyabr, 2018
- 13:19
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 19 oktyabr. REPORT.AZ/ AzərbaycanRespublikasının Baş naziri Novruz Məmmədovun sədrliyi ilə “AzərbaycanRespublikası Nazirlər Kabinetinin 2018-ci il üçün iş planına” uyğun olaraq,Nazirlər Kabinetinin növbəti iclası keçirilib.
“Report”un xəbərinə görə, iclasda “Peşə təhsilimüəssisələri şəbəkəsinin təşkili, idarə edilməsi və maliyyələşdirilməsinin təkmilləşdirilməsiilə bağlı məsələlərin müzakirəsi üçün mövcud vəziyyət və qarşıda duran problemlər”və “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyatakeçirilməsi ilə bağlı Fəaliyyət Planı”nın icra vəziyyəti müzakirə olunub.
Əsası ümummilli lider Heydər Əliyev tərəfindənqoyulan təhsil islahatlarının Azərbaycan Respublikasının Prezidenti İlhamƏliyevin rəhbərliyi ilə uğurla davam etdirildiyini vurğulayan Baş nazir NovruzMəmmədov, dövlətimizin başçısının 15 illik prezidentliyi dövründə təhsil sahəsinində dinamik inkişaf etdiyini diqqətə çatdırdı. Xüsusən "AzərbaycanRespublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nın qəbul edilməsiAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təhsilə göstərdiyi böyükdiqqət və qayğının təcəssümüdür.
Baş nazir ötən müddət ərzində ölkəmizdə təhsilsahəsində müsbət dinamikanın müşahidə olunduğunu, bir sıra əsaslı nailiyyətlərinəldə edildiyini dedi. Bildirdi ki, Strategiyada nəzərdə tutulmuş 5 mühümistiqamət müəyyən edilib, hədəflərə nail olmaq üçün təhsilin müxtəlif pillə vəsəviyyələrinə, o cümlədən peşə təhsili pilləsinə aid dövlət sənədləri qəbulolunub, qanunvericilik bazasının təkmilləşdirilməsi məqsədilə tədbirlərgörülüb. “Təhsilin inkişafına dair Dövlət Strategiyası"nın və "AzərbaycanRespublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi"ninəsas hədəfi ölkə iqtisadiyyatının inkişafına uyğun olaraq çevik və bazaryönümlüpeşə təhsili sisteminin yaradılması və fəaliyyətinin təmin edilməsidir. Bu məqsədlərespublikada peşə təhsili müəssisələri şəbəkəsinin rasionallaşdırılması və təşkiliilə bağlı Nazirlər Kabineti müvafiq qərarlar qəbul edib.
Bununla yanaşı, müzakirə olunan sahədəkimövcud problemlərə də toxunan Baş nazir Novruz Məmmədov bildirib ki, müasirçağırışlara cavab verən, əmək bazarının tələblərinə uyğun peşələr üzrə kadrhazırlığını təmin edən ixtisaslaşdırılmış peşə tədris mərkəzlərinin yaradılmasıxüsusilə önəmlidir. Lakin peşə təhsili müəssisələri şəbəkəsininoptimallaşdırılması, yeni peşə təhsili mərkəzlərinin yaradılması bu tipli müəssisələrdəmüasir tələblərə cavab verən maddi-texniki baza və təhsil şəraiti olmadan səmərəverə bilməz. Bu baxımdan "Təhsilin inkişafı üzrə DövlətStrategiyası"nın əsas məqsədləri ölkədə ən yeni texnologiyalara əsaslananinfrastruktura malik, keyfiyyət nəticələrinə və əhatəliliyinə görə qabaqcılmövqe tutan təhsil sistemini yaratmaq, Azərbaycanın təhsil sistemini iqtisadi cəhətdəndayanıqlı və dünyanın aparıcı təhsil sistemlərinin standartlarınauyğunlaşdırmaq, nəticə etibarı ilə ölkənin davamlı inkişafını təmin etməkdir.
Sonra gündəlikdə duran hər iki məsələyə dair təhsilnaziri Ceyhun Bayramovun məruzələri dinlənilib.
Məruzələr ətrafında əmək və əhalinin sosialmüdafiəsi naziri Sahil Babayev, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasınınsədr müavini Namiq Babayev, Nazirlər Kabinetinin şöbə müdiri Musa Ələkbərov vəbaşqaları çıxış etdilər.
Ölkədə təhsilin inkişafı məsələlərinə dairaparılan ətraflı fikir mübadiləsindən sonra müzakirələrə yekun vuran Baş nazirNovruz Məmmədov nəzərdə tutulmuş tapşırıqların icrası ilə əlaqədar müvafiq göstərişlərverdi.