Növbəti köç karvanı Xanyurdu kəndinə çatıb, açarlar təqdim olunub - YENİLƏNİB

Daxili siyasət
  • 14 noyabr, 2025
  • 14:05
Növbəti köç karvanı Xanyurdu kəndinə çatıb, açarlar təqdim olunub - YENİLƏNİB

Xocalı rayonuna yola salınan növbəti köç karvanı Xanyurdu kəndinə çatıb, sakinlərə mənzillərin açarları təqdim olunub.

"Report"un Xocalıya ezam olunan əməkdaşı xəbər verir ki, açarların təqdim olunması mərasimində Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəsmiləri iştirak ediblər.

Qeyd edək ki, bu köçlə Xanyurdu kəndinə qayıdan ailələrin sayı 99-a (340 nəfər) çatıb.

Xocalı rayonuna yola salınan növbəti köç karvanı Xanyurdu kəndinə çatıb.

"Report"un Xocalıya ezam olunan əməkdaşı xəbər verir ki, bu mərhələdə Xanyurdu kəndinə köçürülən ailələr ölkənin müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Qeyd edək ki, bu mərhələdə kəndə 12 ailə (34 nəfər) köçürülüb.

Son xəbərlər

Bütün Xəbər Lenti