Növbəti köç karvanı Qırmızı Bazara çatıb, açarlar təqdim edilib – YENİLƏNİB

Daxili siyasət
  • 19 noyabr, 2025
  • 16:10
Növbəti köç karvanı Qırmızı Bazara çatıb, açarlar təqdim edilib – YENİLƏNİB

Xocavənd rayonuna yola salınan növbəti köç karvanı Qırmızı Bazar qəsəbəsinə çatıb, sakinlərə açarlar təqdim olunub.

"Report"un Xocavəndə ezam olunan əməkdaşı xəbər verir ki, açarların təqdim olunması mərasimində Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi ilə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təmçilçiləri iştirak ediblər.

Qeyd edək ki, bununla Qırmızı Bazar qəsəbəsinə köçürülən ailələrin sayı 51-ə (199 nəfər) çatıb.

Xocavənd rayonuna yola salınan növbəti köç karvanı Qırmızı Bazar qəsəbəsinə çatıb.

"Report"un Xocavəndə ezam olunan əməkdaşı xəbər verir ki, qəsəbəyə köçürülən ailələr ölkənin müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Qeyd edək ki, bu mərhələdə Qırmızı Bazara 21 ailə (89 nəfər) köçürülüb.

Son xəbərlər

Bütün Xəbər Lenti