Nazir müavini: “Vətəndaşlığın ləğvinə yönəlmiş tədbirlər öz effektivliyini göstərməkdədir”
- 06 iyul, 2023
- 07:17
Yeniliklərdən dərhal xəbərdar olun!
"2022-ci il və 2023-cü ilin 6 ayı ərzində vətəndaşlığı olmayan şəxslər tərəfindən vəsiqə əldə etmək üçün Azərbaycan Daxili İşlər Nazirliyə cəmi 11 müraciət ünvanlanıb".
"Report” xəbər verir, bunu daxili işlər nazirinin müavini İsmət Əliyev “Vətəndaşsızlıq üzrə Yüksək Səviyyəli Konfrans"da deyib.
Onun sözlərinə görə, dövlətin uğurla həyata keçirdiyi vətəndaşlığın ləğvinə yönəlmiş tədbirlər öz effektivliyini göstərməkdədir: “Dövlət Miqrasiya Xidmətinin BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının "10 ilə vətəndaşsızlığa son" kompaniyası çərçivəsində "Qlobal fəaliyyət planı"nın icrası üzrə həyata keçirdiyi tədbirlər nəticə verir. Ümumi səylərimiz nəticəsində 2024-cü ilin sonunadək yekun hədəfə çatılacaq, ölkəmizdə vətəndaşsızlığa son qoyulacaq".