Naxçıvanın yeni təhsil naziri kollektivə təqdim olunub

Daxili siyasət
  • 28 sentyabr, 2026
  • 14:15
Naxçıvanın yeni təhsil naziri kollektivə təqdim olunub

Naxçıvan Muxtar Respublikasının (MR) yeni təhsil naziri Ovni Mehbalı oğlu Muradov kollektivə təqdim olunub.

"Report"un yerli bürosu xəbər verir ki, nazirin təqdimat mərasimində muxtar respublikanın Baş naziri Cabbar Musayev və Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov çıxış ediblər.

Çıxışlarda Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinin Naxçıvanda təhsil siyasətinin həyata keçirilməsində əsas istiqamət kimi müəyyənləşdirildiyi vurğulanıb.

O.Muradov çıxışında dövlət başçısının müəyyən etdiyi təhsil siyasətinin əsas istiqamətlərinin millətin gələcəyinin formalaşmasında mühüm rol oynadığını vurğulayaraq, Prezident tərəfindən qarşıya qoyulan vəzifələrin dürüstlük, şəffaflıq və peşəkarlıq prinsipləri əsasında həyata keçirilməsi üçün çalışacağını bildirib.

44 - Tezliklə