Naxçıvanın Ombudsmanı "Ahıllar Evi"də araşdırma aparıb, tapşırıqlar verib

Daxili siyasət
  • 20 fevral, 2023
  • 13:12
Naxçıvanın Ombudsmanı Ahıllar Evidə araşdırma aparıb, tapşırıqlar verib

Fevralın 20-də Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Günay Rzayeva muxtar respublikanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan "Ahıllar Evi"nə başçəkmə həyata keçirib.

Bu barədə "Report"un yerli bürosuna Ombudsman Aparatının Mətbuat xidmətindən verilən məlumata görə,

Başçəkmə zamanı Ombudsman tərəfindən "Ahıllar Evi"ndə saxlanma şəraiti və rəftar məsələləri araşdırılıb, yataq və tibb otaqlarına, istirahət otağına, yeməkxanaya, ərzaq anbarına və digər obyektlərə baxış keçirilib, qidalanma səviyyəsi, tibbi-sosial xidmətin, asudə vaxtın təşkili və digər hüquqların təmin olunması vəziyyəti öyrənilib.

Ombudsman sosial qayğıya ehtiyacı olan şəxsləri ümumi və fərdi şəkildə qəbul edərək konfidensial qaydada dinləyib, onların qanuni mənafelərinin müdafiəsi, sosial fəaliyyətinin səmərəli təşkili və həyat keyfiyyətinin yüksəldilməsi sahəsində müəssisənin işinin təkmilləşdirilməsi ilə bağlı tapşırıq və tövsiyələr verib.

44 - Tezliklə