Naxçıvan Ali Məclisinin 2026-cı il payız sessiyasının qanunvericilik işləri planı təsdiq edilib

Daxili siyasət
  • 30 sentyabr, 2026
  • 16:38
Naxçıvan Ali Məclisinin 2026-cı il payız sessiyasının qanunvericilik işləri planı təsdiq edilib

Naxçıvan Muxtar Respublikası (MR) Ali Məclisinin 2026-cı il payız sessiyasının ilk plenar iclası keçirilib.

"Report"un yerli bürosu xəbər verir ki, sentyabrın 30-da baş tutan iclasa Naxçıvan MR Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədov sədrlik edib.

İclasın gündəliyinə uyğun olaraq, aparılan müzakirələrdən sonra "Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 2026-cı il payız sessiyasının qanunvericilik işləri planı haqqında" qərar səsə qoyularaq qəbul edilib.

44 filmi