Müsavat Partiyasının başqanlığına sabiq namizəd siyasi mərkəz yaradıb

Daxili siyasət
  • 16 oktyabr, 2014
  • 12:23
Müsavat Partiyasının başqanlığına sabiq namizəd siyasi mərkəz yaradıb

Bakı. 16 oktyabr. REPORT.AZ/ Azərbaycanda Siyasi Dialoq və İslahatlar Mərkəzi (SDİM) yaradılıb.

"Report"un məlumatına görə, SDİM ictimai-siyasi yönümlü qeyri-hökumət təşkilatı kimi fəaliyyət göstərəcək. Təşkilatın məqsədi siyasi partiyalar, siyasi bloklar, qeyri-hökumət təşkilatları arasında dialoqun konseptual əsaslarının hazırlanmasında, dialoqun təşkilində fəal iştirak etmək və ölkədə vətəndaş həmrəyliyinin güclənməsi naminə iqtidar-müxalifət dialoquna nail olmaqdır.

Mərkəzə Müsavat Partiyasının başqanlığına sabiq namizəd Səxavət Əlisoy və professor Adil Qeybulla rəhbərlik edəcək.