MSK yenidən formalaşdırılır, namizədlərdən birinin adı məlumdur
Daxili siyasət
- 21 aprel, 2021
- 14:47
Mərkəzi Seçki Komissiyası (MSK) üzvlərinin səlahiyyət müddəti bu ay bitdiyindən MSK yenidən formalaşdırılacaq.
“Report”un əldə etdiyi məlumata görə, sabah parlamentdə təmsil olunan partiyalardan biri - Ana Vətən Partiyası MSK-da təmsil olunacaq namizədinin adını açıqlayacaq.
Belə ki, partiyanın iclasında Etibar Quliyevin MSK üzvlüyünə namizədliyi irəli sürüləcək. Daha sonra Ana Vətən Partiyası namizədinin adını rəsmi şəkildə Milli Məclisə təqdim edəcək.
Qeyd edək ki, E.Quliyev bu aya qədər MSK üzvü olub.
Xatırladaq ki, MSK üzvləri ənənəvi qaydada 18 nəfərdən ibarət olacaq. Həmin şəxslərdən 6 nəfəri hakim Yeni Azərbaycan Partiyasını (YAP), 6 nəfər bitərəf deputatları, 6 nəfər isə parlamentdə azlıqda olan partiyaları təmsil edəcək.
Son xəbərlər
23:33
Zelenski Ukraynaya dəstəyə görə Azərbaycana təşəkkür edib
Digər ölkələr23:12
"Çelsi" "Atalanta"dan ikinci müdafiəçini transfer edəcək
Futbol23:01
Qətərin Baş naziri sabah İrana səfər edəcək
Region22:35
Nepalda daşqınlar nəticəsində ölənlərin sayı 157-yə çatıb - YENİLƏNİB-4
Digər ölkələr22:33
PSJ Dembelenin müqaviləsinin müddətini uzatmaq istəyir
Futbol22:27
Fidan YPG-nin ləğvinin Suriyada kürd-ərəb qardaşlığını gücləndirəcəyini bildirib
Region22:13
Kris Rayt: ABŞ İranla nüvə məsələsini danışıqlar və BAEA yoxlamaları yolu ilə həll etmək istəyir
Digər ölkələr22:04
"Sabah" klubu Prezident İlham Əliyevə təşəkkür edib
Futbol21:50