MSK yaxın günlərdə beynəlxalq müşahidəçilərə dəvət məktubu göndərəcək

Daxili siyasət
  • 16 dekabr, 2023
  • 13:01
MSK yaxın günlərdə beynəlxalq müşahidəçilərə dəvət məktubu göndərəcək

Mərkəzi Seçki Komissiyası (MSK) növbədənkənar prezident seçkilərini izləyəcək beynəlxalq müşahidəçilərə yaxın günlərdə dəvət məktubu göndərəcək.

“Report”un xəbərinə görə, bu barədə MSK sədri Məzahir Pənahov qurumun bu gün keçirilən iclasında deyib.

Onun sözlərinə görə, budəfəki seçkiləri çoxlu sayda beynəlxalq müşahidəçi izləyəcək: “Biz yaxın günlərdə dəvət məktublarımızı göndərəcəyik”.

44 filmi