MSK sədri beynəlxalq müşahidəçiləri azad olunmuş ərazilərdə seçkiləri izləməyə çağırıb

Daxili siyasət
  • 17 yanvar, 2024
  • 06:45
MSK sədri beynəlxalq müşahidəçiləri azad olunmuş ərazilərdə seçkiləri izləməyə çağırıb

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov beynəlxalq müşahidəçilər azad olunmuş ərazilərdə seçkiləri izləməyə çağırıb.

"Report"un məlumatına görə, o deyib ki, seçkilərdə düzgün müşahidəçilik beynəlxalq müşahidəçilərin əsas missiyasıdır.

"Əgər beynəlxalq müşahidəçilər azad olunmuş ərazilərə getmirlərsə, bunu fəaliyyətimizə biganəlik kimi qiymətləndiririk. Onlar bütün ölkə ərazisində, o cümlədən azad olunmuş ərazilərdə seçkiləri müşahidə etməlidirlər", - MSK sədri vurğulayıb.

44 filmi