MSK prezident seçkiləri ilə bağlı hazırlıq işlərinə başlayıb

Daxili siyasət
  • 20 yanvar, 2018
  • 06:41
MSK prezident seçkiləri ilə bağlı hazırlıq işlərinə başlayıb
Report

Bakı. 20 yanvar. REPORT.AZ/ "Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə əlaqədar seçici siyahıları dəqiqləşdirilir".

"Report"un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov deyib.

O bildirib ki, seçkilərə hazırlıq əvvəlki illərdə olduğu kimi yanvarın əvvəlindən başlayıb: "Hazırda seçici siyahılarının dəqiqləşdirməklə məşğuluq. Fevralın 5-nə qədər məntəqələr səviyyəsində dəqiqləşdirmələr başa çatacaq. Sonra məntəqələrdə yığılan məlumatlar dairələrə çatdırılacaqdır və may ayının axırına qədər işlərə yekun vurulacaq".

Qeyd edək ki, Azərbaycanda prezident seçkilərinin bu il oktyabrın 17-də keçirilməsi nəzərdə tutulur.