MSK-da Nəzarət-təftiş xidməti yaradılıb

Daxili siyasət
  • 29 aprel, 2016
  • 11:14
MSK-da Nəzarət-təftiş xidməti yaradılıb

Bakı. 29 aprel. REPORT.AZ/ Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında Nəzarət-təftiş xidmətinin yaradılması məsələsi müzakirəyə çıxarılıb.

“Report”un xəbərinə görə, iclasda çıxış edən MSK katibi Arifə Muxtarova xidmətin fəaliyyət istiqamətləri və görəcəyi işlər haqda məlumat verib.

Sonra səsvermə ilə MSK üzvü Ramiz İbrahimov Nəzarət-təftiş xidmətinin rəhbəri seçilib.