Mingəçevirdə şəhid bulağının açılışı olub
- 06 oktyabr, 2025
- 10:31

Mingəçevir şəhərində şəhid bulağının açılış mərasimi keçirilib.
"Report"un Qərb bürosunun məlumatına görə, Mingəçevirdə şəhid Xəyal Canbaxışovun xatirəsinə inşa olunan ehsan bulağının açılışı olub.
Azərbaycan Silahlı Qüvvələrinin 2023-cü ilə keçirdiyi antiterror əməliyyatları zamanı qəhrəmancasına şəhid olan 2003-cü il təvəllüdlü Canbaxışov Xəyal Xeyrulla oğlunun adına inşa edilən bulağın açılış mərasimində şəhidin ailə üzvləri ilə yanaşı şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Mərasimdə çıxış edənlər şəhidin həyat yolundan və qəhrəmanlığından danışıblar, bütün şəhidlərin xatirəsini ehtiramla yad ediblər.
Qeyd edək ki, Xəyal Canbaxışov 2023-cü il sentyabrın 19-da Ağdərə rayonunun Paprəvənd kəndi istiqamətində gedən döyüşlərdə şəhid olub.
