Milli Məclisin gündəliyindəki məsələlərdən biri dəyişdirilib

Daxili siyasət
  • 25 aprel, 2017
  • 08:09
Milli Məclisin gündəliyindəki məsələlərdən biri dəyişdirilib

Bakı. 25 aprel. REPORT.AZ/ Milli Məclisin (MM) bu gün keçirilən plenar iclasının gündəliyindəki məsələlərdən biri - Cinayət Məcəlləsinə dəyişikliklər layihəsi çıxarılıb.

“Report”un xəbərinə görə, bu barədə MM sədri Oqtay Əsədov məlumat verib.

O bildirib ki, həmin məsələnin yerinə Əziz Seyidovun Ali Məhkəməyə üzv seçilmə məsələsi daxil edilib.

Qeyd edək ki, Cinayət Məcəlləsinə dəyişikliklər layihəsi bəzi maddələr üzrə cərimələrin artırılmasını, cəzaların sərtləşdirilməsini nəzərdə tutur.