Milli Məclisin bitərəf deputatları parlamentin buraxılması təklifini dəstəkləyib

Daxili siyasət
  • 29 noyabr, 2019
  • 10:11
Milli Məclisin bitərəf deputatları parlamentin buraxılması təklifini dəstəkləyib
Milli Məclis
Report

Milli Məclisdə təmsil olunan bitərəf deputatlar da parlamentin buraxılması ilə əlaqədar iclas keçiriblər.

“Report” xəbər verir ki, iclasda bitərəf deputatlar parlamentin buraxılması ilə əlaqədar Milli Məclisə müraciət etmək təklifi ilə çıxış ediblər.

Qeyd edək ki, dekabrın 2-də parlamentin keçiriləcək plenar iclasında müraciət müzakirə olunacaq. 

Xatırladaq ki, noyabrın 28-də YAP Siyasi Şurasının iclası keçirilib. İclasda YAP Siyasi Şurasının qərarı qəbul edilib. Qərara əsasən, partiyanı təmsil edən deputatlara Milli Məclisin buraxılması ilə bağlı təşəbbüslə çıxış etmək tövsiyə olunub.