Milli Məclis iki rayonun ləğv edilməsinə dair layihəni I oxunuşda qəbul edib
Daxili siyasət
- 15 fevral, 2022
- 09:52
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Milli Məclis Gəncə şəhərinin Nizami və Kəpəz rayonlarının ləğv edilməsinə dair layihəni I oxunuşda qəbul edib.
“Report”un xəbərinə görə, bununla bağlı “Gəncə şəhərinin inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında” qanun layihəsi parlamentin bu gün keçirilən iclasında I oxunuşda müzakirəyə çıxarılıb.
Layihədə Gəncə şəhərinin Nizami və Kəpəz rayonlarının ləğv edilməsi təklif edilir. Dəyişikliklə Nizami və Kəpəz rayonlarındakı inzibati ərazi dairələri Gəncə Şəhər İcra Hakimiyyətinin tabeliyinə verilir.
Müzakirələrdən sonra qanuna dəyişiklik layihəsi səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib.
Son xəbərlər
11:18
ARDNF 9 ayda "Şahdəniz"in işlənməsindən 565 milyon manata yaxın gəlir əldə edib
Energetika
11:17
İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb
Hadisə
11:15
ARDNF 9 ayda AÇG-nin işlənməsindən 6,5 milyard manatdan çox gəlir əldə edib
Energetika
11:14
"Mançester Yunayted" və "Liverpul" Feliks Nmeçanı transfer etmək istəyir
Futbol
11:11
Tehranın keçmiş meri "mətbuat azadlığını pozmaqda" təqsirli bilinib
Region
11:08
Dövlət qurumlarında xarici vendorların süni intellekt həllərinin istifadəsinə əlavə tələblər hazırlanır
İKT
11:06
ARDNF-in aktivləri 74 milyard dollardır
Maliyyə
11:04
İdarə rəisi: "Quraşdırılan süni intellektlərin menecmenti aparılmalıdır"
İKT
11:00
Azərbaycanda "Elektron ticarət haqqında" qanunun əhatə dairəsi genişləndirilir
Biznes