Millət vəkili Türkiyənin Gəncə şəhərinə təyin edilmiş yeni baş konsulu ilə görüşüb

Daxili siyasət
  • 24 sentyabr, 2018
  • 13:38
Millət vəkili Türkiyənin Gəncə şəhərinə təyin edilmiş yeni baş konsulu ilə görüşüb

Bakı. 24 sentyabr. REPORT.AZ/ YAP Gəncə şəhər təşkilatının sədri, Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, millət vəkili Naqif Həmzəyev Türkiyə Cümhuriyyətinin Gəncə şəhərinə təyin edilmiş yeni baş konsulu Zəki Öztürk ilə görüşüb.

"Report" xəbər verir ki, görüşdə iki ölkənin qardaşlıq və dostluq münasibətlərindən söhbət açılıb, eyni dilə, dinə, tarixə və adət-ənənələrə malik Türkiyə və Azərbaycanın münasibətlərinin sürətli inkişafı xüsusi ilə vurğulanıb.

Ölkələr arasındakı münasibətlərin yüksək səviyyəyə çatmasında hər iki ölkə prezidentlərinin əvəzsiz rolu olduğunu qeyd edən millət vəkili N.Həmzəyev ölkə başçılarının mütəmadi qarşılıqlı səfərlərinin Azərbaycan-Türkiyə əlaqələrinin inkişafına müsbət təsir edəcəyinə əminliyini ifadə edib.

Görüşdə Azərbaycan və Türkiyə arasında qarşılıqlı faydalı əməkdaşlıq barədə geniş fikir mübadiləsi aparılıb.

Sonda Naqif Həmzəyev Zəki Öztürkə fəaliyyətində uğurlar arzu edib.

44 - Tezliklə