Məzahir Pənahov: Siyasi partiyalar hesabat məsələsinə ciddi yanaşırlar

Daxili siyasət
  • 20 yanvar, 2018
  • 06:48
Məzahir Pənahov: Siyasi partiyalar hesabat məsələsinə ciddi yanaşırlar
Report

Bakı. 20 yanvar. REPORT.AZ/ "Azərbaycanın siyasi partiyaları 2017-ci il üzrə maliyyə hesabatlarını ilin əvvəlindən göndərməyə başlayıblar".

"Report"un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov deyib.

O xatırladıb ki, keçən il bəzi siyasi partiyalar məlumat göndərməmişdilər: "Biz çalışırıq ki, bu məsələni qaydaya salaq, ənənə yaransın, siyasi partiyaların münasibətləri beynəlxalq standartlara uyğunlaşdırılsın. Amma eyni zamanda ümumi mövqeyimiz ondan ibarətdir ki, kəskin mövqe tutmaq tezdir. 2017-ci ili iki il əvvəl ilə müqayisə etsək, müsbətə doğru ciddi fərqlərin olduğunu görmək olar. Hiss olunur ki, siyasi partiyalar bu məsələlərə ciddi yanaşırlar".

44 - Tezliklə