Mərkəzi Seçki Komissiyasının iclası keçirilib

Daxili siyasət
  • 11 yanvar, 2015
  • 15:49
Mərkəzi Seçki Komissiyasının iclası keçirilib

Bakı. 11 yanvar. REPORT.AZ/ Məzahir Pənahovun sədrliyi ilə bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.

"Report" xəbər verir ki, əvvəlcə Komissiyanın 7 yanvar və 9 yanvar 2015-ci il tarixlərində keçirilmiş iclaslarının protokolları təsdiq edilib.

İclasda 2014-cü il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkiləri ilə əlaqədar MSK-ya daxil olmuş müraciətlərə də baxılıb. MSK üzvləri tərəfindən müzakirə edildikdən sonra müraciətlərlə bağlı müvafiq qərarlar qəbul edilib.

Kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirak etdikləri iclasda cari məsələlərə də baxılıb.