Mehriban Əliyeva Xocalı soyqırımının 31-ci ildönümü ilə bağlı paylaşım edib

Daxili siyasət
  • 25 fevral, 2023
  • 20:00
Mehriban Əliyeva Xocalı soyqırımının 31-ci ildönümü ilə bağlı paylaşım edib
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram hesabında Xocalı soyqırımının 31-ci ildönümü ilə bağlı paylaşım edib.

“Report” xəbər verir ki, paylaşımda deyilir:

“Xocalı soyqırımının günahsız qurbanlarının nurlu xatirəsini ehtiramla yad edirəm. Allah bütün şəhidlərimizə rəhmət eləsin”.

44 filmi