Mehriban Əliyeva Azərbaycanın Paralimpiya çempionu Lamiyə Vəliyevanı təbrik edib
- 07 sentyabr, 2024
- 09:23
Yeniliklərdən dərhal xəbərdar olun!
Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycan paraatleti Lamiyə Vəliyevanın “Paris-2024” Yay Paralimpiya Oyunlarında gümüş medal qazanması ilə bağlı paylaşım edib.
"Report" paylaşımı təqdim edir:
“Paris-2024” Yay Paralimpiya Oyunlarında dünya rekordunu yeniləmiş qızıl mükafatçımız Lamiyə Vəliyevanın növbəti qələbəsi! Gümüş medal! Azərbaycanı layiqincə təmsil edən idmançımızı səmimi-qəlbdən təbrik edir, ona güc, enerji və yeni qələbələr arzulayıram!".
Qeyd edək ki, Lamiyə Vəliyeva daha əvvəl 100 metr məsafəyə qaçışda qızıl medal qazanıb. Birinci vitse-prezident Mehriban Əliyeva həmin vaxt da Lamiyə Vəliyevanın “Paris-2024” Yay Paralimpiya Oyunlarında qızıl medal qazanması ilə bağlı sosial şəbəkə hesablarında paylaşım etmişdi.