“Məhkəmə arxeologiyası və məhkəmə antropologiyası: Humanitar tətbiqlər” mövzusunda ilk beynəlxalq konfrans davam edir

Daxili siyasət
  • 24 may, 2023
  • 06:00
“Məhkəmə arxeologiyası və məhkəmə antropologiyası: Humanitar tətbiqlər” mövzusunda ilk beynəlxalq konfrans davam edir

Bakıda “Məhkəmə arxeologiyası və məhkəmə antropologiyası: Humanitar tətbiqlər” mövzusunda keçirilən ilk beynəlxalq konfrans bu gün də işini davam etdirir.

“Report”un xəbərinə görə, toplantı Azərbaycan Respublikası Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla əlaqədar Dövlət Komissiyası, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutu və Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) birgə təşkilatçılığı ilə baş tutur.

Konfransın əsas müzakirə mövzusu I Qarabağ müharibəsində itkin düşənlərlə bağlıdır.

Tədbirdə BQXK-nin , AMEA-nın, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının, müxtəlif dövlət qurumlarının rəsmiləri və ictimaiyyət nümayəndələri iştirak edirlər.

44 filmi