Məcnun Məmmədov: "Kənd təsərrüfatında süni zəkanın tətbiqi üzərinə çalışırıq"
- 04 fevral, 2026
- 01:35
Yeniliklərdən dərhal xəbərdar olun!
Kənd Təsərrüfatı Nazirliyi aqrar sektorda süni zəkanın tətbiqi üzərinə çalışır.
"Report" xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov AzTV-yə müsahibəsində bildirib.
"Bu sahədə rəqəmsal texnologiyaların və innovativ yanaşmaların tətbiqini təşviq edən "Dəqiq kənd təsərrüfatında süni intellektin tətbiqi" layihəsi çərçivəsində kənd təsərrüfatında süni zəkanın tətbiqi üzərinə çalışırıq. 2022-ci ildə ölkədə müasir suvarma altında təxminən 85 min hektar əkin sahəsi var idisə, bu illərdə artıq qeyd etdiyimiz ərazilər 126 min hektarı keçib. Bu, son 3 il ərzində 1,5 dəfə artım deməkdir. Biz düşünürük ki, bu yetərli deyil.
Süni zəka layihəsi çərçivəsində biz 30-a yaxın modul üzərində işləyirik. Bunların 8-9-u test mərhələsindədir. Bunlara torpaq xəritəsi, bitki xəritəsi, bitki sağlamlığı xəritəsi, fermer reytinqi, məhsuldarlığın proqnozlaşdırılması, dərmanların optimal tətbiqi, örüş və otlaqların idarə edilməsi kimi modulları misal göstərmək olar. Müxtəlif üsullarla sahələrdən toplanan məlumatlar süni zəka vasitəsilə emal ediləcək və fermerlərə daha dəqiq məlumat veriləcək", - deyə o qeyd edib.