Lənkəran Dövlət Universitetində soyqırım qurbanlarının xatirəsi anılıb
- 31 mart, 2017
- 12:30
Yeniliklərdən dərhal xəbərdar olun!
Lənkəran. 31 mart. REPORT.AZ/ Lənkəran Dövlət Universitetində (LDU) soyqırım qurbanlarının xatirəsi anılıb.
"Report"un Cənub bürosunun verdiyi xəbərə görə, LDU-da 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan elmi-praktik konfrans təşkil edilib.
Konfransda soyqırım qurbanlarının xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
LDU-nun rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov 99 il öncə baş verən faciədən və sonrakı davamından tarixi ardıcıllıqla, faktlara istinadən söz açıb, O bildirib ki, təkcə Lənkəran quberniyasında 2 mindən cox günahsız insan vəhşicəsinə qətlə yetirilib, 40 kənd yandırılıb, bütün quberniya viran qoyularaq talan edilib.
N.İbrahimov 1992-ci ilin Xocalı qətlyamı üzərində xüsusi dayanaraq baş verənlərin bir daha təkrarlanmaması üçün gənc nəsli diqqətli, vətənpərvər olmağa çağırıb. Elmi–praktik konfransda edilən məruzə və çıxışlarda paytaxt Bakı ilə yanaşı bölgələrdə, xüsusən cənub bölgəsində, Lənkəran-Astara qəzasında törədilən erməni vəhşilkilərindən danışılıb. Anım mərasimində erməni vəhşiliklərini əks etdirən video-film nümayiş etdirilib.