Laçın şəhəri 2 nömrəli tam orta məktəbin binası əsaslı təmir olunacaq

Daxili siyasət
  • 22 sentyabr, 2022
  • 08:42
Laçın şəhəri 2 nömrəli tam orta məktəbin binası əsaslı təmir olunacaq
İlham Əliyev

Prezident İlham Əliyev Laçın şəhəri, 2 nömrəli tam orta məktəb binasının layihələndirilməsi, əsaslı təmiri və bərpası ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

"Report" xəbər verir ki, Sərəncamla Laçın şəhəri, 2 nömrəli tam orta məktəb binasının layihələndirilməsi, əsaslı təmiri və bərpası məqsədilə Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün nəzərdə tutulan vəsaitdən Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə ilkin olaraq 800 min manat ayrılıb.