Laçın icra hakimiyyətinin İraqın şimalındakı "referendum"u dəstəkləyən şöbə müdiri işdən çıxarılıb

Daxili siyasət
  • 23 noyabr, 2017
  • 12:11
Laçın icra hakimiyyətinin İraqın şimalındakı referendumu dəstəkləyən şöbə müdiri işdən çıxarılıb

Bakı. 23 noyabr. REPORT.AZ/ Laçın Rayon İcra Hakimiyyətinin (RİH) Hüquq şöbəsinin müdiri Fizuli Tanrıverdiyev vəzifəsindən azad edilib. 

"Report"un xəbərin görə, bununla bağlı Laçın RİH-də iclas keçirilib və F.Tanrıverdiyevin işdən çıxarılması barədə qərar qəbul olunub.

Hələlik İcra Hakimiyyətinin Hüquq şöbəsinin müdiri vəzifəsinə təyinat olmayıb.

Qeyd edək ki, bir müddət öncə, F.Tanrıverdiyev özünün facebook profilində İraqın şimalında yerli hökumətin keçirdiyi "referendum"u dəstəkləyən fotolar yayıb. Onun hərəkəti "facebook"da və mətbuatda ciddi tənqid olunub.

44 - Tezliklə