Azərbaycanda "Kvotadan əlavə iş yerlərinin yaradılması qaydası" təsdiqlənib
- 29 dekabr, 2024
- 15:07
Yeniliklərdən dərhal xəbərdar olun!
Nazirlər Kabineti "Kvotadan əlavə iş yerlərinin yaradılması qaydası"nı təsdiq edib.
"Report" xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Qərara əsasən, işəgötürənlər kvotadan əlavə yaratdıqları iş yerləri üzrə əməkhaqqının maliyyələşdirilməsi məqsədilə yeni iş yeri yaratmalı və həmin iş yeri ilə bağlı məlumatları vakansiya bankına təqdim etməlidirlər.
Hər bir işəgötürən üzrə kvotadan əlavə iş yerlərinin sayı işəgötürən üçün müəyyən edilmiş kvota miqdarınadək, lakin 15 iş yerindən çox olmamalıdır.
Yeni qaydaya əsasən, iş axtaran vətəndaşların özəl sektorda işlə təmin olunması dəstəklənəcək. Yəni, özəl sektor vətəndaşları işlə təmin edəcək, onların maaşını isə azı minimum əməkhaqqı məbləğində, yəni 400 manat olmaqla dövlət ödəyəcək. Gələcəkdə minimum əməkhaqqı artdıqca bu məbləğ də yüksələcək.