Kəmaləddin Heydərov: Son iyirmi ildə FHN üçün 1 134 yeni texnika alınıb
- 16 dekabr, 2025
- 13:10
Son iyirmi il ərzində Fövqəladə Hallar Nazirliyi (FHN) üçün 1 134 yeni texnika alınıb.
"Report" xəbər verir ki, bunu fövqəladə hallar naziri Kəmaləddin Heydərov FHN işçilərinin peşə bayramı günü və nazirliyin yaradılmasının 20-ci ildönümü ilə bağlı keçirilən tədbirdə çıxışı zamanı deyib.
Nazir xatırladıb ki, Prezident İlham Əliyevin Sərəncamı ilə 2005-ci ildə yaradılan nazirlik ötən 20 il ərzində dövlət başçısının qayğısı nəticəsində müasir texnika ilə təmin olunub:
"Nazirlik yaradılanda əksər texnika köhnə idi, qısa zamanda nazirliyin texnika bazası müasir avadanlıqla təmin olunub. Ötən illər ərzində 1 134 yeni texnika alınıb. Qısa müddət ərzində nazirliyin 9 regional mərkəzi istifadəyə verilib. Xüsusi ixtisaslı kadrların hazırlanması məqsədi ilə 2008-ci ildə yaradılan nazirliyin Akademiyasından hər il ixtisaslı kadrlar məzun olur".