Kəmalə Abiyeva: Rəqəmsallaşmadan sonra kommersiya mübahisələrinə müraciətlər artıb

Daxili siyasət
  • 20 fevral, 2026
  • 12:15
Kəmalə Abiyeva: Rəqəmsallaşmadan sonra kommersiya mübahisələrinə müraciətlər artıb

Rəqəmsallaşma prosesi nəticəsində kommersiya mübahisələrinə müraciətlər artıb, işə baxılma işləri sürətlənib.

"Report" xəbər verir ki, bunu Ali Məhkəmənin Kommersiya Kollegiyasının sədri Kəmalə Abiyeva Azərbaycan Hakimlərinin II Forumunda deyib.

Onun sözlərinə görə, kommersiya proseslərinin daha tez baxılması sahibkarlar üçün olduqca önəmlidir:

"Müvafiq qanunvericiliyə edilən dəyişikliklə kommersiya icraatında rəqəmsallaşma nəticəsində proseslər sürətlənib. Artıq sahibkarlıq subyektləri asanlıqla məhkəmələrə müraciət edə bilirlər. Artıq sübut sənədlər də müasirləşdirilib. Əvvəllər mütləq sübut sənədlər təqdim edilməli idi. Elektron icraatdan sonra isə elektron kabinetlərə təqdim edilən sübutlar qəbul edilir. Yalnız istisna hallarda sənəd formasında istənilən bilər. Elektronlaşmış sübutlar kommersiya mübahisələrinə istifadə edilir. Həmçinin xərclərə, resursların optimallaşdırılmasına nail olunub".

Sədr qeyd edib ki, elektron məhkəmə sistemində süni intellektin tətbiqi də imkanları daha da genişləndirəcək:

"Elektronlaşma prosesi gedirsə, kağız daşıyıcıları azaltmalıyıq. Kağız daşıyıcıdan hazırda tam imtina etsək müəyyən problemlər olacaq".

44 filmi