Növbəti köç karvanı Kəlbəcərə çatıb, mənzillərin açarları təqdim edilib – YENİLƏNİB-2

Daxili siyasət
  • 20 sentyabr, 2025
  • 15:51
Növbəti köç karvanı Kəlbəcərə çatıb, mənzillərin açarları təqdim edilib – YENİLƏNİB-2

Yola salınan növbəti köç karvanı Kəlbəcər şəhərinə çatıb, mənzillərin açarları sakinlərə təqdim olunub.

"Report"un Kəlbəcərə ezam edilmiş əməkdaşı xəbər verir ki, açarların təqdim olunması mərasimində Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi, "Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti" və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, bu mərhələdə Kəlbəcərə 29 ailə (115 nəfər) köçürülüb. Onlar şəhərdəki 1-ci yaşayış məhəlləsində məskunlaşıblar.

Bununla da Kəlbəcər şəhərinə köçürülən ailələrin sayı 81-ə (338 nəfər) çatıb

Kəlbəcərə yola salınan növbəti köç karvanı şəhərə çatıb.

"Report"un Kəlbəcərə ezam edilmiş əməkdaşı xəbər verir ki, bu mərhələdə şəhərə 29 ailə (115 nəfər) köçürülür.

Kəlbəcərə köç edənlər ölkənin müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Kəlbəcər şəhərinə növbəti köç karvanı yola salınıb.

"Report"un Qarabağ bürosu xəbər verir ki, bu mərhələdə Kəlbəcər şəhərinə 29 ailə (115 nəfər) köçürülür.

Kəlbəcərə köç edənlər ölkənin müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Bu köçlə Kəlbəcərə qayıdan ailələrin sayı 81-ə (338 nəfər) çatacaq.

Son xəbərlər

Bütün Xəbər Lenti