Kəlbəcərdə Bal Festivalı keçirilir – YENİLƏNİB
- 24 sentyabr, 2025
- 12:52

Kəlbəcər şəhərində "Kəlbəcər Bal Festivalı 2025" adlı təşkil olunub.
"Report"un Kəlbəcərə ezam olunmuş əməkdaşı xəbər verir ki, festival Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinin, Kənd Təsərrüfatı Nazirliyinin, "Aqrar Tədarük və Təchizat" ASC-nin və İDEA İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilir.
Tədbirdə Azərbaycan Respublikası Prezidentinin Kəlbəcər rayonunda xüsusi nümayəndəsi Bəşir Hacıyev, kənd təsərrüfatı naziri Məcnun Məmmədov, "Aqrar Tədarük və Təchizat" ASC İdarə Heyətinin sədri Elgün Məhəmmədəlizadə, dövlət qurumlarının nümayəndələri, yerli sakinlər iştirak edirlər.
Qeyd edək ki, festivalda Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları və ölkənin digər bölgələrindən məhsullarını brendləşdirmiş ümumilikdə 37 arıçı fermer iştirak edib.
Festivalda IDEA İctimai Birliyinin dəstək verdiyi gənc arıçılar da öz məhsullarını sərgiləyiblər. Tədbirdə yerli arıçıların iştirakı ilə bal və digər arıçılıq məhsullarının nümayişi, bu istiqamətdə innovativ yanaşmaların və texnologiyaların təqdimatı da olub.
Kəlbəcər şəhərində "Kəlbəcər Bal Festivalı 2025" təşkil olunub.
"Report"un Kəlbəcərə ezam olunmuş əməkdaşı xəbər verir ki, festivalda Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları və ölkənin digər bölgələrindən məhsullarını brendləşdirmiş 37 arıçı fermer iştirak edir.
IDEA İctimai Birliyinin dəstək verdiyi gənc arıçılar da festivalda öz məhsullarını sərgiləyəcəklər. Festival çərçivəsində yerli arıçıların iştirakı ilə bal və digər arıçılıq məhsullarının nümayişi, bu istiqamətdə innovativ yanaşmaların və texnologiyaların təqdimatı nəzərdə tutulub.
Tədbirin təşkilində əsas məqsəd Kəlbəcər balının tanıdılması və coğrafi brendləşməsi, yerli arıçıların dəstəklənməsi, onların yerli və xarici bazarlara çıxış imkanlarının genişləndirilməsinə dəstək olmaq, həmçinin regionun tarixi, təbiəti və yaylaqlarının tanıdılması ilə turizmin inkişafına töhfə verməkdir.