Kəlbəcər şəhərinə köçən ailələrə mənzillərin açarları təqdim olunub- YENİLƏNİB-2
- 26 noyabr, 2025
- 16:21
Növbəti köç karvanı Kəlbəcər şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub.
"Report" xəbər verir ki, bu mərhələdə Kəlbəcər şəhərinə 27 ailə (112 nəfər) köçürülüb.
Qeyd edək ki, köç edənlər Azərbaycanın müxtəlif yerlərində, əsasən, yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış çərçivəsində Kəlbəcər şəhərinə növbəti köç karvanı yola salınıb.
"Report"un məlumatına görə, Kəlbəcər şəhərinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən, yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
Bu mərhələdə Kəlbəcər şəhərinə 27 ailə (112 nəfər) köçürülüb.
Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.