Keçmiş məcburi köçkün: 32 il əvvəl Ağdamdan çıxanda ora qayıdacağıma inamım olmayıb
Daxili siyasət
- 25 dekabr, 2025
- 09:53
Ağdam şəhərinə qayıdan keçmiş məcburi köçkün Rəfail Quliyev deyib ki, 32 il əvvəl Ağdamdan çıxanda ora qayıdacağına inamı olmayıb.
O, "Report"a açıqlamasında bildirib ki, doğma yurda qayıtdığı üçün Birinci Qarabağ müharibəsində şəhid olan və Ağdamda dəfn edilən qardaşının məzarını ziyarət edə biləcək.
"Qardaşım 1992-ci ildə Qarabağ döyüşlərində şəhid olub. Onun məzarı da Ağdamdadır. Çox şükür ki, doğma yurda qayıdıram. Qardaşımın məzarına yaxın olacam və onun məzarını tez-tez ziyarət edəcəm. Məcburi köçkün düşəndən sonra Bakının Nəsimi rayonunda yataqxanada məskunlaşmışdım. "Dəmir yumruq" sayəsində biz bu gün yurdumuza qayıdırıq. Ali Baş Komandan İlham Əliyevə, şəhidlərimizə və qazilərimizə təşəkkürümü bildirirəm", - R.Quliyev qeyd edib.
Son xəbərlər
01:22
FHN müşahidə olunan hava şəraiti ilə bağlı əhaliyə müraciət edib
Hadisə01:10
Nigeriyanın şimal-qərbində baş verən partlayış nəticəsində azı yeddi nəfər həlak olub - YENİLƏNİB
Digər ölkələr00:49
Mask: ABŞ təkpartiyalı dövlətə çevrilə bilər
Digər ölkələr00:37
Video
Qərbi Azərbaycan Xronikası: İki min illik yaddaşı qoruyub saxlayan Necili toponimi
Daxili siyasət00:08
Almaniyada metallurgiya sənayesi üzrə iş yerlərinin azalacağı gözlənilir
Digər ölkələr23:46
Foto
Leyla Əliyeva və Alena Əliyeva "Romeo və Cülyetta" tamaşasını izləyiblər
Mədəniyyət siyasəti23:34
"Çelsi"ni məğlub edən "Aston Villa" ardıcıl 11-ci qələbəsini qazanıb
Futbol23:22
Foto
Qərb bölgəsində güclü qar yağışı nəqliyyatın hərəkətini çətinləşdirib
İnfrastruktur23:04