Karantin qaydalarına zidd olan 47 min icazə ləğv edildi

Daxili siyasət
  • 11 aprel, 2020
  • 13:53
Karantin qaydalarına zidd olan 47 min icazə ləğv edildi
İbrahim Məmmədov
Report

Karantin rejimi qaydalarına zidd olduğu üçün icazə-e-gov.az portalından ləğv edilən icazələrin sayı açıqlanıb.

"Report" xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.

O bildirib ki, icazə-e-gov.az portalına müraciət edilərək hərəkətinə icazə verilmiş 47 min nəfərin icazəsi artıq ləğv edilib.

Qeyd edək ki, aprelin 10-dan karantin rejimi qaydalarına zidd olan icazələrin portaldan avtomatik rejimdə ləğv edilməsinə başlanılıb.