İşğaldan azad olunan ərazilərin bərpasında Prezident İlham Əliyevin xüsusi yanaşmasını görürük - RƏY
- 19 may, 2026
- 16:46
Yeniliklərdən dərhal xəbərdar olun!
WUF13-ün açılış mərasimində Prezident İlham Əliyev tərəfindən səsləndirilən fikirlər Azərbaycan xalqının qədim və zəngin şəhərsalma mədəniyyətinə malik olduğunu nümayiş etdirdi.
Bunu "Report"a Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.
Deputat əlavə edib ki, Azərbaycan xalqı tarix boyu müxtəlif şəhərlər yaradıb: "Bu nümunələrdə özünün unikallığı ilə seçilən Qəbələni, Gəncəni, Naxçıvanı, Şamaxını, Bərdə, Şəkini və bir sıra əraziləri qeyd edə bilərik ki bu əraziləri Azərbaycan xalqı yaradıb. XIX əsrin ikinci yarısından başlayaraq Azərbaycanda urbanizasiya prosesinin yeni mərhələsi başlayıb. Burada əsas istiqamət o oldu ki tarix qorunsun. Bu istiqamətdə tarixi memarlıq üslubu qorunur. Eyni zamanda da müasirlik də təmin olunur. Prezidentin rəhbərliyi ilə Azərbaycanda da bu işlər uğurla aparılır".
C. Məmmədov vurğulayıb ki, bunu işğaldan azad olunmuş rayonlarda da görmək olar. O qeyd edib ki, burada həm Prezidentin həm də Birinci-Vitse Prezidentin xüsusi yanaşması var.
O bildirib ki, bu gün Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə unikal bir nümunə yaradıb:
"Bu gün Zəngilan Şuşa Cəbrayıl Laçın yenidən qurulub bərpa olunur. Burada əsas məqam tarixiliyin qorunmasıdır. Bu gün Zəngilan məscidi yenidən tikilib amma onun yanında qədim bina qorunub. Bunu biz digər ərazilərdə də görürük".