İlqar Qasımov: Qadağa ilə yanaşı uşaqlar üçün alternativ məşğuliyyət təmin edilməlidir
- 08 iyun, 2026
- 12:00
Yeniliklərdən dərhal xəbərdar olun!
Sosial şəbəkələrdə uşaqlara qadağa qoymaqla bərabər onlar üçün alternativ məşğuliyyət tapılmalıdır.
"Report" xəbər verir ki, bunu səhiyyə nazirinin müavini İlqar Qasımov parlamentdə İnzibati Xətalar Məcəlləsi, "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" və "Uşaqların zərərli informasiyadan qorunması haqqında" qanunlara dəyişiklik layihələrinin müzakirəsi zamanı deyib.
Onun sözlərinə görə, sosial şəbəkələrdə uşaqlar virtual həyata qoşulsa da, real həyatda belə deyil:
"Ən böyük problem budur. Qadağa qoymağa dünya bir az gecikib. Şəxsən mənə görə, uşağı tərbiyə etmək özündən başlayır. Qadağadan əlavə alternativ məşğuliyyət də tapmaq lazımdır. Burada valideynlərin rolu önəmlidir. Düzdür, dövlətin də öhdəlikləri var. Amma burada əsas olan valideynlərdir".