İcma: "Ermənistanın Qarabağ ermənilərinin hüquqları məsələsini qabartması riyakarlıqdır"

Daxili siyasət
  • 24 noyabr, 2023
  • 07:30
İcma: Ermənistanın Qarabağ ermənilərinin hüquqları məsələsini qabartması riyakarlıqdır

Ermənistanın qərbi azərbaycanlıların hüququnu inkar edərək Qarabağ ermənilərinin hüquqları məsələsini qabartması riyakarlıq və irqçilikdir.

"Report"un xəbərinə görə, bu barədə Qərbi Azərbaycan İcmasının yaydığı bəyanatda bildirilib.

"Ermənistanın xarici işlər nazirinin müavini Mnasakan Safaryan Qarabağdan olan ermənilərin hüquqları kontekstində beynəlxalq mexanizmə ehtiyac duyulduğunu bildirib. O, həm də bir daha azərbaycanlıların Ermənistana qayıdışı məsələsinə dair ölkəsinin məlum mövqeyini təkrar edib", - bəyanatda deyilir.

Qərbi Azərbaycan İcması hesab edir ki, Ermənistanın qərbi azərbaycanlıların hüququnu inkar edərək Qarabağ ermənilərinin hüquqları məsələsini qabartması riyakarlıq və irqçilikdir. Ermənistanın yenidən “beynəlxalq mexanizm” nağılını təkrar etməsi isə onun hələ də özünün yaratdığı illüziyalar içində yaşadığını göstərir.