İanə ilə bağlı tələbləri pozan siyasi partiyalar onu 30 gün müddətinə geri qaytaracaq

Daxili siyasət
  • 21 noyabr, 2022
  • 08:09
İanə ilə bağlı tələbləri pozan siyasi partiyalar onu 30 gün müddətinə geri qaytaracaq

İanə ilə bağlı tələbləri pozan siyasi partiyalar 30 gün müddətinə geri qaytaracaq.

"Report"un xəbərinə görə, bu, "Siyasi partiyalar haqqında" yeni qanun layihəsinin yeni redaksiyasında əksini tapıb.

Layihəyə əsasən, siyasi partiya bu qanunun tələblərini pozmaqla qəbul etdiyi ianəni onu qəbul etdiyi gündən və ya ianəni tələbləri pozmaqla qəbul etməsi barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının məlumatının daxil olduğu tarixdən 30 gün müddətində geri qaytarmalı, bu, mümkün olmadığı halda onu dövlət büdcəsinə köçürməlidir.

Qanun layihəsinin ilkin variantında isə bu müddət 15 gün idi.