İlham Əliyev: "Prezident seçkilərindən sonra birinci tədbirimiz Hacı Cavad məscidinin yeni binasının açılmasıdır"

Daxili siyasət
  • 12 aprel, 2018
  • 09:07
İlham Əliyev: Prezident seçkilərindən sonra birinci tədbirimiz Hacı Cavad məscidinin yeni binasının açılmasıdır

Bakı. 12 aprel. REPORT.AZ/ "Bildiyiniz kimi, dünən prezident seçkiləri keçirilmişdir və seçkilərdən sonra birinci tədbir, bax, bugünkü tədbirdir". 

"Report" xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Hacı Cavad məscidinin yeni binasının açılış mərasimində deyib. 

Dövlət başçısı qeyd edib ki, bu da dövlət-din münasibətlərinin bariz nümunəsidir, onun təzahürüdür: "Mən çox şadam ki, son illər ərzində Azərbaycanda bizim dini-mədəni abidələrimiz qorunur, bərpa olunur. Bu, bizim tariximizdir".

44 filmi