Dövlət Agentliyinin nizamnamə kapitalı 2 dəfədən çox artırılıb

Daxili siyasət
  • 08 fevral, 2019
  • 10:43
Dövlət Agentliyinin nizamnamə kapitalı 2 dəfədən çox artırılıb

Bakı. 8 fevral. REPORT.AZ/ Prezident İlham Əliyev “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

“Report” xəbər verir ki, fərmanla agentliyin nizamnamə kapitalı 9 565 947, 36 manat olub.

İndiyədək qurumun nizamnamə kapitalı 4 milyon manat idi.