Pezidentin köməkçisi: Bəzi beynəlxalq media qurumları Qarabağ münaqişəsində Azərbaycanı günahkar kimi təqdim etməyə çalışırdı

Daxili siyasət
  • 14 iyul, 2026
  • 09:36
Pezidentin köməkçisi: Bəzi beynəlxalq media qurumları Qarabağ münaqişəsində Azərbaycanı günahkar kimi təqdim etməyə çalışırdı

Bəzi beynəlxalq media qurumları Qarabağ münaqişəsində Azərbaycanı günahkar kimi təqdim etməyə çalışırdı.

"Report"un Şuşaya ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev IV Şuşa Qlobal Media Forumunda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, forum fəaliyyətə başladığı gündən regionun aparıcı platformalarından birinə çevrilib:

"Sülh artıq həm də məsuliyyətdən asılıdır. Qarabağ münaqişəsi beynəlxalq medianın da diqqət mərkəzində olub. Bəzi beynəlxalq media qurumları bizi bu münaqişədə günahkar qismində təqdim etməyə çalışırdılar. Bu da çox təəssüf doğurur. ​Qarabağ münaqişəsi haqqında danışarkən qeyd etmək lazımdır ki, biz sadəcə öz suverenliyimizi bərpa etmək istəyirdik və buna nail olduq. Lakin buna baxmayaraq, beynəlxalq mediada bizə qarşı qərəzli yanaşmalar davam edirdi".

44 filmi