Hikmət Babaoğlu: Narkotacirlərə qarşı daha sərt qanunlar qəbul olunmalıdır

Daxili siyasət
  • 16 sentyabr, 2026
  • 16:36
Hikmət Babaoğlu: Narkotacirlərə qarşı daha sərt qanunlar qəbul olunmalıdır
Hikmət Məmmədov

Narkotacirlərə qarşı daha sərt qanunlar qəbul olunmalıdır.

"Report"un məlumatına görə, bunu deputat Hikmət Babaoğlu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bu gün keçirilən iclasında deyib.

Onun sözlərinə görə, Milli Məclis narkotik daşıyan vasitələrin dövlət büdcəsi lehinə müsadirə olunması ilə bağlı ayrıca bir qanun qəbul edə bilər:

"Məsələn, böyük yük maşının bəzi yerlərində ayrıca yerlər düzəldilir və oradan 100 kilolarla, tonlarla narkotik çıxır. Sonra nə baş verir? Həmin şəxslər cərimə olunur, narkotik müsadirə edilir. Amma yükdaşıyan sürücü də, nəqliyyat vasitəsinin sahibi də məsuliyyət hiss etməlidir ki, əgər avtomobil narkotik ticarətə vasitə olarsa, onu itirə bilər".

Deputat əlavə edib ki, genefondu sıradan çıxaran, Azərbaycana qarşı "tiryək müharibəsi" elan edən ölkələrlə narkokuryer səviyyəsində mübarizə aparılmamalıdır:

"Artıq narkobaronlarla mübarizə aparmalıyıq. Çünki narkotik maddəni gətirib xüsusi vasitələrlə, dronlarla sərhədimizdən keçirirlər".

44 - Tezliklə