Həsən Bağırov: Azərbaycanda vəkillərin sayının 3 000 nəfərə çatması məqsədyönlü islahatların nəticəsidir
- 17 iyul, 2026
- 11:07
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycanda vəkillərin sayının 3 000 nəfərə çatması məqsədyönlü islahatların nəticəsidir.
"Report" xəbər verir ki, bunu Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin Hüquqi xidmətlərin göstərilməsi məsələləri sektorunun müdiri Həsən Bağırov Vəkillər Kollegiyasının Rəyasət Heyətinin geniştərkibli iclası və vəkilliyə namizədlərin andiçmə mərasimi zamanı deyib.
O bildirib ki, Azərbaycanda həyata keçirilən məhkəmə-hüquq islahatları ilə yanaşı, vəkillik institutunun gücləndirilməsi Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan dövlət siyasətinin mühüm istiqamətlərindən biridir:
"Son illərdə Azərbaycanda vəkilliyin inkişafı, vəkillərin sayının artırılması, regionlarda hüquqi yardım imkanlarının genişləndirilməsi, peşə hazırlığının yüksəldilməsi, gənc hüquqşünasların vəkilliyə cəlb olunması sahəsində mühüm tədbirlər həyata keçirilir. Vəkilliyə qəbul prosesi daha sistemli şəkildə təşkil olunur, davamlı tədris və ixtisasartırma imkanlarını genişləndirir, vəkillərin peşə hüquqlarının müdafiəsinə və etik standartlarının möhkəmləndirilməsinə xüsusi diqqət yetirilir. Az təminatlı və həssas sosial qruplara ödənişsiz hüquqi yardım göstərilməsi, regionlarda maarifləndirici tədbirlərin keçirilməsi və hüquq mədəniyyətinin yüksəldilməsi istiqamətində aparılan işlər də qeyd olunmalıdır".