Həmid Həmidov: “Əminəm ki, Xankəndi-Laçın yolunda etirazçıların sayı artacaq”

Daxili siyasət
  • 16 dekabr, 2022
  • 16:59
Həmid Həmidov: “Əminəm ki, Xankəndi-Laçın yolunda etirazçıların sayı artacaq”

"Mən əminəm ki, Şuşadan keçən Xankəndi-Laçın yolunda etirazçıların sayı artacaq”.

"Report" xəbər verir ki, bunu “Global Media Group”un media direktoru Həmid Həmidov bildirib.

“Təəssüf ki, sülhməramlı kontingent hələ ki ekoloqlarımıza və digər mütəxəssislərimizə ərazilərdə monitorinq aparmaları üçün şərait yarada bilmir. Buna nail olunana qədər etiraz aksiyaları davam edəcək, - H.Həmidov qeyd edib.

Onun sözlərinə görə, Xankəndi-Laçın yolunun bağlanması böyük axmaqlıqdır. Belə ki, ortaya çıxan videokadrlarda elə həmin yoldan sülhməramlıların humanitar yük daşıyan maşınlarının keçdiyini görmək mümkündür.

Daha ətraflı “CBC TV Azərbaycan”ın videosüjetində:

Həmid Həmidov: “Əminəm ki, Xankəndi-Laçın yolunda etirazçıların sayı artacaq”

44 - Tezliklə